Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 13:01:23
12 uşağa Mamed, 164 körpəyə Məmməd adı verilib - MARAQLI

Bu günlərdə ictimaiyyət Məmməd və Mamed adlarını xeyli müzakirə etməli oldu. Belə ki, bəzi KİV-lər əvvəlcə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına istinadən bu adlara qadağa qoyduğu barədə məlumat yaydı.

Ardınca sözügedən komissya məsələyə aydınlıq gətirərək, belə bir müzakirə aparılmadığını, yeni doğulan uşaqlara Məmməd, Mamed  adlarının qoyulmasının qadağan olunmadığını bəyan etdi.

Maraqlıdır, son illər yeni doğulan uşaqlara Məmməd və Mamed adları qoyulurmu?

AzEdu.az saytı bunu araşdırmağa çalışıb.

Ədliyyə Nazirliyindən əldə etdiyimiz məlumata görə, son 5 ildə yeni doğulan 12 uşağa Mamed adı qoyulub.

Son 5 ildə Məmməd adı verilən uşaqların sayı isə daha çoxdur - 164 nəfər.

Bundan başqa, yeni doğulan körpələrə mürəkkəb sözlərən ibarət bəzi adlar da verilib ki, onların da tərkibində Məmməd var:

Məsələn, son 5 ildə dünyaya gələn uşaqlardan 24-nə Məmmədəli adı verilib.

18 körpəyə Məmmədağa, 10-na Məmmədhüseyn, 9-na Məmmədhəsən, 8-nə Məmmədbağır, 7-sinə Məmmədxan, 5-nə Məmmədrza, 3-nə Məmmədəmin, 3-nə isə Məmmədyar adı qoyulub.


A.Qorxmaz