Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 10:33:16
Bu il 17 erkən nikahın qarşısı alınıb

“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı alınıb”.

 

AzEdu.az Reporta istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, hazırda Dövlət Komitəsinin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir: "11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 6 ay müddətində 4 “açıq qapı günü” keçirilib. Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib”.