Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 14:37:00
“MİQ-dəki vakant yerlərlə bağlı yeni mexanizm hazırlanmalıdır” - DEPUTAT

Bəzi ucqar məktəblərdə müəllim vakansiyası yaranır. Ancaq əksər müəllim həmin yerlərdə çalışmaqdan imtina edir və ya ümumiyyətlə mövcud vakant yeri seçmir. Bu zaman ucqar məktəblərdə müəllim çatyışmazlığı yaşanır. Problemin qismən aradan qaldırılması və tədris prosesinin axsamaması üçün fərqli müəllimlər siniflərə daxil olur.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında mövzu ilə bağlı fikir bildirib:

 

“Məsələyə yanaşmada bir neçə mühüm məqam var. Biz müəllimlərin işə qəbulunu imtahan vasitəsilə həyata keçiririk. Bu, müəllimlərin ən doğru şəkildə seçilməsi üçün önəmli bir məsələdir. Sözügedən proseslərdə qeyd edildiyi kimi, suallar ortaya çıxır. Bunların da aradan qaldırılması üçün hansısa mexanizmlərin işlənilməsinə ehtiyac var. Çünki işə qəbul imtahanladır və qaçılmaz haldır ki, imtahandan keçə bilməyən müəllimlər olur. Beləliklə, bəzi regionlardakı vakant yerlər boş qalır. Dərs ili başlayır, ancaq müəllim məsələsində problemlər var. Məsələn, ola bilir ki, hansısa regionumuzda vakant yer yaranıb. İmtahan verən müəllim də uğursuz olur. Həmin yer boş qalır. Məktəb rəhbərliyi də məcbur olub həmin fənnin dərs saatlarını ya eyni ixtisaslı müəllimlər arasında bölüşdürür, ya da başqa bir müəllim cəlb olunur. Bu kimi hallar direktorluq vakansiyasında da baş verir. Bəzi məktəblərdə uzun müddət direktor vəzifəsi boş qalır”. 

 

Deputat, bu kimi situasiyaların yaranmaması üçün konkret mexanizm hazırlanmalı olduğunu qeyd edib:

 

“Elm və Təhsil Nazirliyi bu hallardan xəbərdar olduğunu və həll yolunun düşünüldüyünü bildirib. Belə situasiyaların yaranmaması üçün konkret mexanizm hazırlanmalıdır. Vakant yerlərin boş qalmaması üçün məsələyə dair həll yolu irəli sürülməlidir”.