Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 12:12:21
Naxçıvanda SAT İmtahan Mərkəzi açıldı

Naxçıvan Dövlət Universiteti Kimya-Biologiya təmayüllü Liseydə Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan regional SAT İmtahan Mərkəzinin təqdimat mərasimi keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, mərkəz Dijital SAT imtahanı üçün onlayn qeydiyyat, SAT konsultasiya mərkəzi və SAT hazırlıq mərkəzi kimi fəaliyyət göstərəcək.

 

Həmçinin, mərkəzdə koordinator, köməkçi koordinator, texniki mütəxəssis və repetitorların fəaliyyət göstərməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzi kimi fəaliyyət göstərəcək ilk dövlət ali təhsil müəssisəsidir. Mərkəzin koordinatoru Aidə Cəlilzadədir. Naxçıvan Dövlət Universiteti 14 iyun 2023-cü ildə ABŞ-ın College Board təşkilatı tərəfindən rəsmi olaraq SAT imtahan mərkəzi kimi qeydiyyata alınıb.