Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 17:29:00
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 11-də şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı , şimşək çaxacağı gözlənilir.

 

Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.