Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-09 10:31:51
Naxçıvanda II qrupun qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi Naxçıvanda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı və III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirir.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov bildirib ki, imtahanlar Naxçıvan şəhərindəki 11, 12 və 15 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 76 zalda keçirilir.

 

İmtahanların keçirilməsinə 12 imtahan rəhbəri və 99 nəzarətçi cəlb olunub. İmtahanlarda 900-dən artıq abituriyent iştirak edir.