Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 14:27:29
Yol-nəqliyyat hadisələrində ölən uşaqların SAYI


“Bu ilin altı ayı ərzində respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrində 384 nəfər ölüb, 669-u xəsarət alıb”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev Oxu.az-a deyib.

 

O bildirib ki, həlak olanlardan 10-u yeddi yaşına qədər olan uşaqlardır:

 


“Qəzalarda yeddi yaşından 16 yaşına qədər olan 18 nəfər həyatını itirib. Eləcə də yeddi yaşına qədər olan 15 nəfər uşaq, yeddi yaşından 16 yaşına qədər olan 55 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.