Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 12:02:40
“Bəzi riyaziyyat müəllimləri çubuqlu bölməni edə bilmir” - Nazir

“İki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq”.

AzEdu.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

O qeyd edib ki, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”.

Nazir vurğulayıb ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər:

“Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır”.