Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 11:32:49
“35, 40 və digər ballara görə kateqoriya ayıra bilmərik” - Nazirdən CAVAB

"Məqsədimiz ondan ibarətdir ki, sertifikatlaşdırmada ən yüksək nəticə göstərən müəllimləri ayıraq və tanıdaq".

 

AzEdu.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev söyləyib. Onun sözlərinə görə, sertifaksiyanı keçən müəllim həvəsləndirilməlidir:

 

“Ən yüksək nəticə nə deməkdir? Bizim bununla bağlı bir planımız var. Ancaq onu da deyim ki, müəllimləri 4 kateqoriyaya bölmək mənasızdır.

 

Məqsədimiz odur ki, sertifikasiyadan keçən müəllim mütləq həvəsləndirilsin. Müəllimlər sertifikasiyadan keçirsə, onların maaşlarına 10 faiz əlavə olunur. İkinci bir fərqlənmə isə ən yüksək nəticə göstərən müəllimlərdir. Təbii ki, bunu müxtəlif sayda kataqoriyalara bölmək olar. Amma bu nəzəridir.
Yəni bizim tək məqsədimiz odur ki, ən yüksək nəticə göstərənlə zəif nəticə göstərənləri ayıraq. 35, 40 və digər ballara görə kateqoriya ayıra bilmərik.

 

Azərbaycan məktəblərində çatışmayan cəhətlərdən biri metodik xidmət və kabinetdir. Çox yaxşı metodislərimiz olmalıdır. Lakin bu yoxdur. Bizim üçün 51 bal odur ki, gələcəkdə metodist və təhsil idarəçilərini həmin yüksək bal toplayan müəllimlərin arasından seçək. Ona görə də müəllimlərin müxtəlif kataqoriyalara bölmək mənasızdır”.