Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 11:20:51
Müəllimlərin sertifikatlaşdırmasında ən zəif nəticə göstərən RAYONLAR

Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiyanın test  imtahanı mərhələsində uğursuz olub.


AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdəki çıxışı zamanı deyib.

"Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40+dur", - deyə nazir əlavə edib.

Qeyd edək ki, 20-24 iyun tarixlərində İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiya imtahanları keçirilib. 

Bu prosesdə ümumilikdə 38 minə yaxın müəllim cəlb olunub.