Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 09:07:49
Tanınmış teleaparıcı reanimasiyaya yerləşdirildi

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.

AzEdu.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan telejurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı  Hava Limanında halı pisləşib.

Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

Yaxınları onun müalicəsinə kömək üçün bir neçə gün əvvəl Heydər Əliyev Fonduna müraciət etmişdi.

Xatırladaq ki, Nətavan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.