Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 11:30:00
Dünya ölkələrinin məktəblərində şagirdlərə verilən yeməklər, xüsusi qidalar – MARAQLI

 

Uşaqların  sağlam böyüməsi üçün onların   ilk növbədə  düzgün qidalanmasına fikir verilməlidir.   

Hər  ölkənin özünəməxsus yemək standartları var. Xarici ölkələrin  məktəb yeməklərinə nəzər saldıqda,  onların kartof, düyü, kələm qidalarına üstünlük verdikləri aydın görünür.

AzEdu.az  təhsil portalı xarici KİV-ə istinadən xarici ölkələrin məktəblərində yer alan şagird menyularını təqdim edir.

Finlandiyada hər şagirdə  səhər yeməyi ilə yanaşı,  xüsusi qəlyanaltılar da verilir. Şagirdlər məktəbdə çoxçeşidli  menyu seçmək imkanına malikdilər.

Finlandiya məktəblərində sağlamlıq problemləri olan  uşaqlara isə fərqli ayrı-ayrı menyularla yeməklər  təqdim olunur.  Məsələn, nahar üçün souslu kartof, salat, kartof və kotletlər...

Fransada  şagirdlər üçün böyük  tənəffüs  1-2 saat olur.  Şagirdlər  bu fasilədə   hətta  evlərinə də gedə bilərlər. Bu isə onların sərfəli nahar etməsi üçün çox gözəl şansdır.

Braziliya  məktəblərində  şagirdlərin qidalanmasında  ət, dəniz məhsulları və düyüyə üstünlük verilir.

Ölkə  əhalisi ümumiyyətlə,  qızardılmış və qaynadılmış yeməklərdən  istifadə edir.

Cənubi Koreya məktəb yeməklərini  planlaşdırma sahəsində dünyada ən yaxşı ölkələrdən biridir. Burada  məktəblilərin qidalanmasında dəniz məhsulları, salatlar, tərəvəz, meyvələrə üstünlük verilir.

Yunan mətbəxində  balıq əhəmiyyətli qidalardan biridir.  Məktəblərdə də    şagirdlərə təqdim olunan menyuda  balıqdan yeməkləri,  eyni zamanda, meyvə-tərəvəzlərə  üstünlük verilir.

 Ukrayna məktəblərində şagirdlərə borş, salatlar, tərəvəz   və meyvələr verilir.

Amerika məktəblərində isə şagirdlər üçün yeməklər  nisbətən fərqli olur. Orada  çox vaxt şagirdlərin sevdiyi fast-food-lara üstünlük verilir.  Valideynlər  uşaqlara məktəbə aparmaq üçün səhər yeməyi də hazırlayırlar.