Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 14:25:08
Nəsimi Nəbizadəyə AzTV-də iş verildi

Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.

AzEdu.az-ın xəbərinə görə, bu barədə Bakupost.az-a Əməkdar jurnalist özü bildirib.

 
O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:

 


"Bakupost-a müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”. 


Qeyd edək ki, N.Nəbizadə bu yaxınlarda geniş videomüsahibə vermiş, jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi.