Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 15:24:44
Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başlayır

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başlayır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Festivalın təşkilatçısı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzidir.

 

Regional mərhələ Azərbaycanın 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.

 

Birinci mərhələdə iştirak edən şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər. Bunun üçün www.uif.az saytına daxil olaraq “II mərhələ” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaq lazımdır.

 

Qeyd edək ki, tədbirin baş sponsoru "BP Azerbaijan" şirkətidir.