Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 14:11:09
Azərbaycanlı tələbə 15 xarici universitetin təqaüdünü QAZANDI

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Cavid Rəhimli dünyanın 15 qabaqcıl universitetinə təqaüdlə qəbul olunub.


AzEdu.az xəbər verir ki, bu barədə BDU-dan bildiriblər.


Tələbəmiz qəbul olunduğu xarici ali təhsil ocaqları arasından Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universitetinin Xarici əlaqələr hüququ üzrə LL.M proqramını seçib.


O, akademik və sosial göstəricilərinə görə azsaylı tələbəyə verilən 35000 dollar miqdarında "GW Law Merit Scholarship"ə layiq görülüb.