Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 14:32:00
İmtahana qoltuqağacı ilə gələn müəllim: “...çətin oldu”

Bu gün Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikasiya imtahanları keçirilir. İmtahan prosesi ölkənin bir çox ərazisində təşkil olunub.

 

Saytımızın əməkdaşları Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən I növbə sertifikasiya imtahanlarını müşahidə ediblər. İmtahan başa çatdıqdan sonra bir çox müəllimin təəssüratları öyrənilib.

 

Onlardan biri də qoltuqağacı ilə imtahana gələn Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Zeynalova idi.

 

AzEdu.az xəbər verir ki, Şəhla müəllim ayağı sındığına görə, qoltuqağacından istifadə edərək imtahanda iştirak edib. Çox çətinliklə imtahana gəlməsinə rəğmən, müəllim imtahan zalından olduqca razı ayrılıb.

 

“İmtahan çox yaxşı keçdi. Suallar asan idi. Yaxşı bal topladığımı düşünürəm. Düzdür, mənim üçün bir qədər çətin oldu. Sınıq ayaqla hərəkət etmək, oturmaq çətinlik yaratdı, ancaq hər şey yaxşı oldu. Çox sevincliyəm”.