Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 20:13:00
Müəllimlər Günü ilə bağlı pul yığılır? - RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb. Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

"BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” xidmətinə müraciət edilməsi tövsiyə olunur", - İdarədən qeyd olunub