Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 21:00:00
Körpəsi ilə birgə qətlə yetirilən Leyla BDU-nun tələbəsi imiş... - FOTO

Ötən gün Abşeronda əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.

AzEdu.az xəbər verir ki, 20 yaşlı Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.

Bu barədə Bakı Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıv:

"Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi vəhşicəsinə qətlə yetirilib. BDU kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, tələbəmizə rəhmət diləyir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub. Allah rəhmət eləsin!".
 

Qeyd edək ki, hadisə ötən gün Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.