Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 18:18:25
400 bal yığan abituriyent:  “Magistraturanı xaricdə oxumaq istəyirəm”  

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 4 iyun tarixində keçirilən I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri bu gün açıqlanıb.

4 iyun tarixli qəbul imtahanından I qrup üzrə 400 bal toplayan 2 nəfərdən biri Bakı şəhər 299 saylı orta məktəbin məzunu Abdullayev Emil Rasim oğludur.

Emil imtahanın I mərhələsində 281 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə 681 bal toplayıb.

Emil gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini AzEdu.az-la bölüşüb.

Onu da qeyd edək ki, müsahibimiz rus sektorunda təhsil alıb.

 


-Maksimum bal toplamısınız. İmtahan nəticənizi gördükdə hansı hisləri keçirdiniz?

 

 

-Çox sevindim. Özümlə qürur duyuram, çünki əziyyətimin nəticəsini gördüm.

 

 


-Hansı universitetdə və hansı ixtisas üzrə təhsil almaq istədiyinizə qərar vermisiniz?

 

 

-Həm kimya, həm də informatika üzrə imtahan verdiyim üçün dəqiq bilmirəm. İxtisas seçimi olduqda daha dəqiq deyə bilərəm. Ancaq universitetə qərar vermişəm. Çox böyük ehtimalla Bakı Ali Neft Məktəbini seçəcəm.

 

 


-Bəs hazırlıq müddətiniz necə idi? İmtahana hazırlaşan digər şəxslərə nələri tövsiyə edərdiniz?

 

 

- Uğurlu olmaq üçün çox çalışmaq lazımdır. Verilən bütün tapşırıqları layiqincə yerinə yetirmələrini tövsiyə edirəm. Heç bir tapşırığı buraxmamaq şərti ilə əllərində olan dərs vəsaitləri və ya materiallarla ciddi şəkildə çalışsınlar. Hazırlıq müddətində ciddi çalışsalar, uğurlu nəticə əldə edə bilərlər.

 

 


-Xaricdə təhsil haqqında nə düşünürsünüz? Getmək kimi bir planınız var?

 

 

-Xeyr, bakalavr təhsilini Azərbaycanda almağı düşünürəm. Amma magistraturanı xaricdə oxumaq istəyirəm”.