Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 11:47:00
Bizə kim lazımdır? - 700 bal toplayan əzbərçi, yoxsa intellektual? – AYDIN BAXIŞ  

Elşən Qafarov: “İmtahanlar abituriyentlərin real bilik və bacarıqlarını düzgün qiymətləndirmir”


“Ali məktəblərə qəbul imtahanlarının formatı düzgün deyil”

 

 


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış imtahanlarından sonra bu il maksimum bala namizəd abituriyentlər yoxdur.


Bəziləri maksimum nəticənin olmamasını təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirsə də, bəziləri isə tam əksini düşünür. Hesab edirlər ki, test biliyin qiymətləndirilməsi üçün mükəmməl sistemi deyil. Hətta bəzi təhsil işçiləri “Bizə 700 bal toplayan robotlar deyil, intellektual kadrlar lazımdır” iddiası ilə çıxış edirlər.

 


Maraqlıdır, görəsən, maksimum bal toplayanları “ən yaxşı” adlandıra bilərikmi?

 

Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”

Mövzu AzEdu.az-a şərh edən təhsil eksperti Elşən Qafarov qeyd edib ki, maksimum bal toplamaq təhsilin keyfiyyət göstəricisi kimi ölçülə bilməz:

 

“Bu il demək olar ki, 100 minə yaxın abituriyent orta məktəbi bitirib. 100 min nəfər içərisindən 2-3 şagirdin maksimum nəticə göstərməsini təhslini keyfiyyət göstəricisi kimi müəyyən edə bilmərik.

 

 

Təhsilin keyfiyyət göstəricisini dəqiq bilmək üçün aşağı nəticə göstərənlərin müəyyən etmək lazımdır. Eyni zamanda, buraxılış imtahanlarında yüksək bal toplayanlar, qəbul imtahanlarında fərqli nəticə göstərirlər. Düşünürəm ki, bizdə yekun attestasiya qaydaları və ali məktəblərə qəbul imtahanlarının formatı doğru deyil. Bu imtahanlar abituriyentlərin real bilik və bacarıqlarını ortaya qoymağa imkan vermir”.

 


E.Qafarov ali məktəblərə imtahan verənlərin yaxşı nəticələr göstərməsi üçün müəyyən təkliflər irəli sürüb:

 

 

“Düşünürəm ki, məktəblərdə daimi olaraq sınaq imtahanları, monitorinqlər keçirilməlidir. Öncə şagirdlərin bilik və bacarıqları öyrənilməli, daha sonra ona uyğun suallar tərtib, olunub imtahanlara salınmalıdır. Biz bununla geniş yayılan repetitorluğun qarşısını almış olacağıq. İndiki vəziyyətdə Dövlət İmtahan Mərkəzinin hazırladığı bu imtahanlarla heç vaxt kimin nəyə qadir olduğunu öyrənə bilməyəcəyik.

 

Neçə illərdir abituriyentlər ali məktəbə hazırlaşmaq üçün repetitorların və kursların köməyinə ehtiyac duyurlar. Bu da təhsilimizin adına xələl gətirir”.