Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 23:29:02
Avropa çempionatı: Günay gümüş, Şəhriyar bürünc medal qazandı

Polşada keçirilən şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, əvvəlcə ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla qarşılaşan yığmanın şahmatçıları ilk dörd yeri tutaraq, pley-off mərhələsinə adlayıblar.

Reqlamentə əsasən, dairəvi sistemlə keçirilən yarışın pley-offunda niderlandlı Benjamin Boka məğlub olan Məmmədyarov 3-cü yer uğrunda dueldə Yan-Kşiştof Dudadan güclü olub.

Günay Məmmədzadə isə pley-offda niderlandlı Eline Rubersi üstələsə də, finalda Ermənistan təmsilçisi Elina Danielyana məğlub olaraq, ikinci yeri tutub.

 

I tur

 

Azərbaycan – Niderland - 0,5:1,5

Şəhriyar Məmmədyarov - Benjamin Bok - 0,5:0,5

Günay Məmmədzadə - Eline Rubers - 0:1

 

II tur


İsrail - Azərbaycan - 1:1

Maksim Rodşteyn – Şəhriyar Məmmədyarov - 0:1

Marsel Efroimski – Günay Məmmədzadə - 1:0

 

III tur


Azərbaycan - Polşa - 1,5:0,5

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda - 0,5:0,5

Günay Məmmədzadə – Oliviya Kiolbasa - 1:0

 

IV tur

 


Rumıniya - Azərbaycan - 0,5:1,5

Kirill Şevçenko – Şəhriyar Məmmədyarov - 0:1

İrina Bulmaqa - Günay Məmmədzadə - 0,5:0,5

 

V tur


Azərbaycan - Ukrayna - 2:0

Şəhriyar Məmmədyarov – Andrey Volokitin - 1:0

Günay Məmmədzadə – Yevgeniya Doluxanova - 1:0

 

 

VI tur

 

Azərbaycan - İspaniya - 2:0

Şəhriyar Məmmədyarov – Xayme Santos Latasa - 1:0
Günay Məmmədzadə – Ann Matnadze Bujiaşvili - 1:0

 

VII tur

 


Ermənistan - Azərbaycan – 1:1

Şant Sarkisyan - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Elina Danielyan - Günay Məmmədzadə - 0,5:0,5

Pley-off mərhələsi, ilk görüş
Azərbaycan – Niderland – 0:2

Şəhriyar Məmmədyarov - Benjamin Bok - 0:1

Eline Rubers - Günay Məmmədzadə - 1:0

Pley-off mərhələsi, cavab görüşü

Niderland - Azərbaycan – 1:1

Benjamin Bok - Şəhriyar Məmmədyarov - 1:0

Günay Məmmədzadə - Eline Rubers - 1:0

Armagedon

Günay Məmmədzadə - Eline Rubers - 1:0

Kişilərdə 3-cü yer uğrunda ilk görüş

Yan-Kşiştof Duda - Şəhriyar Məmmədyarov - 0:1

3-cü yer uğrunda cavab görüşü

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda – 1:0

Qadınlarda final, ilk görüş

Elina Danielyan - Günay Məmmədzadə - 1:0

Final, cavab görüşü

Günay Məmmədzadə - Elina Danielyan – 0:1