Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 15:27:00
Sertifikasiya imtahanları gün ərzində iki dəfə təşkil ediləcək

“Müəllimlərin sertifikasiya imtahanları gün ərzində 2 dəfə təşkil ediləcək”.

AzEdu.az Oxu.Az -a istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, birinci sessiya üçün qeydiyyat prosesi səhər saat 8:30-dan 9:45-ə, ikinci sessiya üçün isə 13:30-dan 14:45-ə kimi davam edəcək.
“İyunun 20-dən 23-dək ibtidai sinif müəllimləri, iyunun 23-ü ibtidai sinif üzrə rus bölməsi, iyunun 24-ü isə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma imtahanı nəzərdə tutulub”.