Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 12:38:35
Ağdamda kütləvi məzarlıq TAPILDI

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində kütləvi məzarlıq aşkar edilib.

AzEdu.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aşkar edilən məzarlıqda dörd insanın qalığının olması ehtimal edilir.

Baş Prokurorluq Ağdamda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.