Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 11:31:32
Yağış imtahan mərkəzində problem yaratdı - məsələ təcili həll olundu

“Dünən gün ərzində yağan güclü yağışlar Şəki şəhər 11 nömrəli məktəbdə yerləşən imtahan mərkəzinin divarlarından su sızmasına səbəb olmuşdu.

Əməkdaşların sürətli reaksiyası nəticəsində suyun texniki vasitələrə zərər verməsi əngəllənmiş, dam örtüyünün zədələnmiş hissəsi tez bir zamanda təmir edilmişdir”.

AzEdu.az-ın məlumatına görə, bu barədə Şəki-Zaqatala Regional Təhsil idarəsindən bildirilib.

Qeyd edəlib ki, hazırda mərkəzdə bütün resurslar saz vəziyyətdə və sabahkı imtahana hazırdır.


“Əziz müəllimlər, hər birinizə sertifikasiya imtahanında uğurlar arzulayırıq”, - deyə idarə bəyan edib.

Qeyd edək ki, sözügedən prosesin test imtahanı mərhələsi 20 iyun tarixində ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ibtidai sinif müəllimləri üçün, 24 iyun tarixində isə Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün keçiriləcək.