Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 09:26:00
Müəllimlərin diqqətinə - Bu halllarda sertifikasiyaya buraxılmayacaqlar!

Sabahdan başlayaraq ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyası həyata keçiriləcək.
 

Sertifikasiya imtahanları iyunun 20-dən başlayıb 24-nə qədər davam edəcək.

 

Bəs sertifikasiyada iştirak edəcək müəllimlər hansı hallarda imtahana buraxılmayacaq? İmtahan prosesində müəllimlər nələrə diqqət etməlidir?

 

AzEdu.az sertifikasiya imtahanı zamanı qadağan olunmuş nüansları sizlərə təqdim edir:

 

- Saxta sənəd təqdim etmək;

 

- Sertifikasiyaya özünün yerinə başqasını göndərmək;

 

- Sertifikasiyanın test mərhələsi üçün nəzərdə tutulan binanın zalına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək və onlardan istifadə etmək;

 

- Yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına girmək;

 

- Sertifikasiyanın test mərhələsi başlandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib, yenidən geri dönmək;

 

- Zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, danışmaq, kiməsə kömək etmək və ya kiminsə köməyindən istifadə etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;

 

- Başqasının kompüterinə baxmaq və başqasının baxması üçün şərait yaratmaq;

 

- Nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək.

 

Təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı yuxarıda göstərilən tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən müəyyən edilmiş tələblərin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.