Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-18 21:52:24
Güclü külək və leysan bu rayonları işıqsız qoydu 

Güclü külək və leysan Biləsuvar və Cəlilabadın bir sıra ərazilərini işıqsız qoyub.

AzEdu.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.

Sakinlərin bildirdiyinə görə, güclü külək və leysan səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, hazırda hər iki rayonda küləklə müşahidə olunan leysan yağır.

Hələlik leysanın digər fəsadları haqqında məlumat yoxdur.