Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-18 19:31:34
Ağdama dolu düşdü: tikililərə ziyan dəydi   

Ağdam rayonunda hava şəraiti qeyri-sabit keçib, güclü yağış yağıb, dolu düşüb.

AzEdu.az xəbər verir ki, rayonun Çəmənli, Zəngişalı, Mahrızlı, Üçoğlan, Baharlı 1 və Baharlı 2 qəsəbələri dolunun ən çox düşdüyü bölgələr olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, güclü dolu evlərin və yardımçı tikililərin dam örtüklərinə ziyan vurub.
Fərdi təsərrüfatlara və əkin sahələri ciddi ziyan dəyib. Ağdam rayon Fövqəladə Hallar Komissiyasına dolunun vurduğu ziyanla bağlı vətəndaşlardan müraciətlər daxil olub. Hazırda, dəyən ziyanın hesablanması istiqamətində işlər aparılır.