Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-18 13:15:00
Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçiriləcək

Magistratura səviyyəsinin 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçən bakalavrlarlar imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti) saylı proqramına aid ixtisaslaşmasına qabiliyyət imtahanı 23 iyunda, 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqrama aid ixtisaslaşmasına qabiliyyət imtahanı 24 iyun, 70 (Təsviri sənət istiqaməti) saylı proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanı isə 21 iyun tarixində keçiriləcək.

 

İmtahan saatı və yeri haqqında məlumat bakalavrın “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunub.

 

Bakalavrlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

- imtahana buraxılış vərəqəsini; 

 

- şəxsiyyəti təsdiq edən sənədin əslini: 

 

- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

 

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

 

Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün səhifələrinə “İmtahan proqramı” forması da yerləşdirilir. Bakalavr ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.