Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-01 14:08:00
Magistratura düşünənlər mütləq qeydiyyatdan keçməlidir, ikinci imtahan OLMAYA BİLƏR

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə yanvarın 29-u keçirilən mətbuat konfransında magistratura imtahanına qeydiyyatın fevralıb 9-dan başlayacağını açıqladı. Həmçinin imtahanın 1 mərhələli təşkil olunacağını da vurğuladı. İmtahanların 1 mərhələli, lakin 2 dəfə keçirilməsi nəzərdə tutulur.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, namizədlər mütləq fevralın  9-dan 17-dək qeydiyyatdan keçib birinci imtahanda iştirak etməlidir. Çünki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq ikinci imtahan keçirilməyə də bilər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları