Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 10:49:15
2019-cu ildən 391 uşaq övladlığa götürülüb

Azərbaycanda 2019-cu ildən indiyə kimi 391 uşaq övladlığa götürülüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir.

 

Bu sahədə müasir və şəffaf idarəetmə modeli yaradılaraq, övladlığagötürmə üzrə xidmətlər də elektronlaşdırılıb. Həmin vaxtdan 196-sı oğlan, qalanı qız olmaqla 391 uşaq övladlığa götürülüb.

 

Reinteqrasiya tədbirləri nəticəsində isə 287 uşaq müəssisələrdən öz ailələrinə geri qaytarılıb.