Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 17:24:53
Türkiyədəki AXC-nin 100-cü ildönümü adına məktəb yenilik etdi

Türkiyənin İzmir şəhərinin Bayraqlı rayonunda fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü adına  ibtidai məktəb özünü enerji ilə təmin edəcək.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı xəbərdə bildirilib.

Qeyd edilib ki, Türkiyənin ən böyük sənaye holdinqi və birbaşa xarici investoru olan “SOCAR Turkey”in qrup şirkəti “Petkim” tərəfindən maliyyələşdirilən ibtidai məktəb bütün enerji ehtiyacını bərpa olunan enerji hesabına təmin edən ilk dövlət məktəbidir.

Bu layihə çərçivəsində “Petkim” tərəfindən qurulan 32,8 kilovat pik (kwp) gücə malik günəş enerjisi sistemi ibtidai məktəb üçün elektrik enerjisi istehsal edəcək.

İzmirin Bayraqlı rayonundakı Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü adına ibtidai məktəbi “Petkim” şirkəti tərəfindən 2018-ci ildə inşa edilib. Məktəbdə 913 şagird təhsil alır, 45 müəllim dərs deyir.

Xatırladaq ki, İzmir Bakı ilə qardaşlaşmış şəhərdir.