Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 16:07:00
Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

Tələbələr və təhsil işçilərinin iştirakı ilə elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.


 
Bildirilib ki, görüşlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində keçirilib.  


 
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət, həmçinin Elm, ali və orta ixtisas təhsili şöbələrinin əməkdaşları tərəfindən təşkil edilən  görüşlərdə portal.edu.az, dp.edu.az, apply.enic.edu.az, edu.gov.az, e-ttfk.edu.az platformaları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüklərindən danışılıb. 


 
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.