Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 11:30:00
Tələbə təhsil krediti öz hesabına təhsil alan tələbələrə şamil olunacaq  

Azərbaycanda tələbələrin yarıdan çoxu dövlət sifarişi hesabına təhsil alır və ya təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, təhsil tələbə krediti öz hesabına təhsil alan tələbələrə şamil olunacaq. Bu tələbələr növbəti təhsil ilindən etibarən tələbə krediti ala biləcəklər.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.