Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 15:39:00
İngilitərə universitetlərində təhsilin əsas xüsusiyyətləri:ixtisaslar, təhsil haqqı, imtahanlar...

İngiltərə çoxlarının təhsil almaq üçün seçməyi düşündüyü ölkələrin sırasında birinci gəlir. Bura ingilis dilini inkişaf etdirmək, karyera qurmaq baxımından ideal ölkə hesab olunur.

İngiltərədə ali təhsil bakalavr, magistratura və doktorantura pillələrinə bölünür. Bakalavr pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji ixtisaslar 5 il), Şotlandiyada isə 4 il davam edir.

Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqədə olurlar.

 

AzEdu.az İngiltərənin ən yaxşı universitetlərini təqdim edir.

 

Oksford Universiteti

Dünyanın ən qədim ingilisdilli universitetidir. Bura 39 kollecdən və 7 yataqxanadan ibarətdir. Oksford universitetində kolleclər abituriyentlərin ixtisas seçimi və qəbulu, təhsil prosesi, yerləşdirilməsi, qidalanması, asudə vaxt məsələləri ilə məşğuldur. Universitetlər isə tələbələrinin kitabxana və laboratoriyalarla, klub, cəmiyyətlərlə, təhsil planı, imtahanların təyin və qəbul edilməsi ilə məşğuldur. Bura nəticələri IELTS 6.5, TOEFL 230 olan şəxslər qəbul ola bilərlər. Təhsil haqqı yüksəkdir.

 

Kembric Universiteti

 

Oksford ilə müqayisədə daha gənc universitetdir. Burada kolleclərin sayı 31-ə çatır, onlardan da 6-sı yalnız bakalavr pilləsi üzrə təhsil verir. A-Levels və ya İnternational Baccalaureate imtahanından əlavə, hər hansı bir ixtisas üçün müsahibə mərhələsindən də keçmək vacibdir. Təhsil haqqı tələbənin oxumaq istədiyi ixtisasın fənlərindən asılıdır.

 

Aberden Universiteti

 

Şotlandiyanın 3-cü, Birləşmiş Krallığın isə 5-ci qədim universitetidir. Şotlandiyada ən prestijli, böyük nüfuza sahib bir müəssisə hesab olunur. Burada dünyanın 120 ölkəsindən 14500-ə yaxın tələbə təhsil alır. Universitetdə təklif edilən proqramların sayı çoxdur. Təkcə bakalavr pilləsində 650-ə yaxın proqram tədris olunur.

 

Edinburq universiteti

 

Ən nüfuzlu, tanınmış universitetlərdən biridir. Şotlandiyada yaradılan 4-cü universitetdir. Universitet 3 kollec (İncəsənət, Humanitar və sosial elmlər kolleci, Tibb və baytarlıq kolleci, Mühəndislik elmləri kolleci) və 22 məktəbdən ibarətdir. Burada təhsil alan tələbələr üçün şərait yüksək səviyyədədir. Onlar yataqxana, restoran, idman, əyləncə mərkəzləri, oxu zalları, hətta iş ilə də təmin olunurlar. Edinburq Universiteti müxtəlif proqramlar üzrə distant təhsil təklif edir. Burada 156 ölkədən 40 min tələbə təhsil alır.

 

Fidan Ali