Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 17:52:00
Kür çayında azyaşlı batıb - YENİLƏNİB

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 13 yaşlı uşaq batıb.

 

AzEdu.az xəbər verir ki, Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğlu Kürdə çimərkən boğulub.

 

 

***

17:20

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.