Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 17:46:03
Əhalinin sayı açıqlanıb: evlənənlər, boşananlar, ölənlər...

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il aprel ayının 1-i vəziyyətinə 10 milyon 138min 585 nəfər təşkil edib.

 

AzEdu.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.


Azərbaycanda cari ilin birinci rübü üçün nikah və boşanmaların sayı da açıqlanıb.

 

Komitənin məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb.

 

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.

Dövlət Statistika Komitəsinin məlumatında ölkədə ölüm hallarının azaldığı bildirilib.

Belə ki, cari ilin yanvar-mart aylarında ölkədə 16672 ölüm halı qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,5-dən 6,7-yə düşüb.