Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 17:31:46
Azərbaycanda azyaşlı qızı ərə verirlər - Nazirlik ARAŞDIRIR

“Bir məsələni aidiyyatı qurumların nəzərinə çatdırmaq istəyirik. 15 yaşlı qız təhsildən yayındırılaq evləndirilmək üzrədir. Artıq qonşulara dəvətnamələr belə paylanıb”.

AzEdu.az xəbər verir ki, bu məlumatı sosial şəbəkədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədi Mehriban Zeynalova ictimailəşdirib.

Onun sözlərinə görə, həmin azyaşlı qız dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb.

“Bizə verilən məlumatda onu da bildirdilər ki, azyaşlının özünün evlilik barədə razılığı yoxdur, ancaq ailə tez bir zamanda sanki qızlarından qurtarmaq üçün can atır. Beyləqan rayonu birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə gələcəyinə dəstək göstərməyə hazırıq”.

M.Zeynalova aidiyyatı qurumları məsələni nəzarətə götürməyə çağırıb. O, toy dəvətnaməsində mərasimin mayın 27-də olacağının qeyd edildiyini vurğulayıb.

“Lazım olan bütün digər məlumatları verməyə hazırıq”, - deyə o, çağırışda bildirib.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, bu barədə artıq məlumatlıdırlar: “Məlumatlıyıq, araşdırılır”.