Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 13:15:17
Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq

28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.

 

AzEdu.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

 

Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.