Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 09:57:00
Zəhərlənmiş qızların müalicə xərcini kim ödəyir?

"Hökumət və ya təhsil sistemi məktəbdə zəhərlənmiş uşaqların xəstəxanada müalicəsinin xərclərini ödəmək istəmirsə, bu, onların ikiqat məsuliyyət daşıması deməkdir. Onlar təhsil mühitində təhlükəsizliyi təmin etmək üçün öz məsuliyyətlərindən boyun qaçırırlar və ailələri müalicə üçün pul ödəməyə məcbur edirlər".

AzEdu.az xəbər verir ki, Fransanın Lotaringiya Universitetinin sosioloqu və professoru Səid Peyvandi İrandakı qız məktəblərinə kimyəvi hücuma toxunarkən belə deyib.

2022-ci ilin noyabrından bəri İranda yüzlərlə məktəbli qız kimyəvi hücumların hədəfinə çevrilib.

Xəstələnən uşaqların ailələrindən zəhərlənmə əlamətlərini yüngülləşdirmək üçün yüzlərlə ABŞ dollarına qədər pul ödəmələri tələb olunur.

Məlumata görə, bu vaxta qədər 13000-ə yaxın şagird ürəkbulanma, huşunu itirmə, baş ağrısı, öskürək, tənəffüs çətinliyi və ürək döyüntüsü kimi simptomlardan əziyyət çəkib və bir çoxu xəstəxanada müalicə üçün müraciət edib.

Məktəblərə kimyəvi hücumlarda ötən ilin sentyabr ayında 22 yaşlı Mahsa Əmininin ölümü ilə nəticələnən ümummilli etirazlarda iştirak etdikləri üçün qızların hədəf alındığı artıq heç kimdə şübhə doğurmur.

İranlı sosioloq Səid Peyvəndi hesab edir ki, “yalnız valideynlər, müəllimlər və digər vətəndaşların kollektiv reaksiyası və ictimai hərəkatı nəhayət ki, bu hadisələrin haradan qaynaqlandığını, hökumətin nə üçün səhlənkarlıq, məsuliyyətsizlik və cinayətkarları fəal şəkildə axtarmadığını müəyyən edə bilər”.