Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-13 17:45:20
Sertifikasiya və MİQ-in bu qaydaları dəyişir - Müəllimlər üçün VACİB XƏBƏR

Milli Məclis mayın 12-də “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi birinci oxunuşda müzakirəyə çıxarıb. Qanun layihəsi önümüzdəki günlərdə daha iki oxunuşda müzakirəyə çıxarılacaq və müzakirələrdən sonra qəbil olunacağı gözlənilir.

AzEdu.az saytı qanun layihəsində müəllimləri maraqlandıran - onlar üçün vacib olan əsas dəyişikliklərin məcmusunu təqdim edir.

Belə ki, “Təhsil haqqında” Qanunla müəllimlər üçün aşağıdakı dəyişikliklər gözlənilir:


- Məktəblərdə 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq;

- Əgər müəllim yüksək əməkhaqqı arzu edirsə və 65 yaşdan sonra müqaviləsinin mövcud qaydalara uyğun artırılmasını istəyirsə, sertifikasiyada iştirak edib müsbət nəticə əldə etməlidir;

- Sertifikatlaşdırmada sınaq məqsədi ilə iştirak etmək mümkün deyil. İştirak edib keçməyən müəllimlərə 1 il sonra təkrar şans veriləcək. Əgər bir sonra da minimum keçid balını toplamasa, onunla bağlanmış müqaviləyə xitam veriləcək və o, işdən azad ediləcək;

- Məktəblərə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi ilə ilk dəfə işə qəbul olunan müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər;

- Uşaq bağçalarında çalışan müəllimlər-tərbiyəçilər məcburən sertifikatlaşdırmadan keçəcək. İlk sertifikasiyadan keçə bilməyən müəllimlər-tərbiyəçilərə növbəti il bir də şans veriləcək. Amma bu dəfə də keçməsələr, onlarla bağlanmış müqaviləyə xitam veriləcək və işdən azad ediləcək.

 
Qeyd edək ki, “Təhsil haqqında” Qanuna ediləcək dəyişikliklərin 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir.