Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 17:19:00
15 yaşlı azərbaycanlı qız Britaniyanın Bakıda səfiri seçilib

15 yaşlı Cahan Ağayeva Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə bir günlük səfir seçilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Böyük Britaniya səfirliyinin məlumatında bildirilib.

 

“Yeni gənc səfirimizi salamlayın! Müsabiqəmizdə 15 yaşlı Cahan Ağayeva birinci yerə layiq görüldü. O, səfir Ferqus Aulda kölgə olacaq və bir gün səfir təcrübəsi yaşayacaq”, - deyə Səfirliyin məlumatında qeyd edilib.

 

Məlumata görə, Cahan Ağayeva digər üç mükafatçı ilə birlikdə ilk "Gənc səfir qrupu"nda yer alacaq və dəyərlərin təbliğində ilboyu səfirliyə dəstək olacaq.

 

“Komandaya xoş gəldiniz - Göyərtəyə xoş gəldiniz!”, - deyə Səfirlik bildirib.