Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 16:14:38
Nazir müavini: “Heydər Əliyev təhsilə xüsusi diqqət ayırırdı”  

“Ümummilli Lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə xüsusi diqqət ayırırdı”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini Firudin Qurbanov Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Həştərxanda keçirilən konfransda çıxışı zamanı deyib.

 

O, Heydər Əliyevin prezidentliyi dövründə təhsil proqramında islahatlar aparıldığını xatırladıb.

 

“Biz mədəni və milli maraqlarımıza cavab verən öz təhsil modelimizi yaratmağa çalışırdıq", - nazir müavini bildirib.

 

Firudin Qurbanov vurğulayıb ki, Rusiya hər il azərbaycanlı tələbələrin təhsili üçün kvota ayırır, Bakıda isə Rusiyanın iki universitetinin - Moskva Dövlət Universiteti və İ. M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

"Ümid edirəm ki, təhsil sahəsində əlaqələrimiz bundan sonra da dərinləşəcək. Ümummilli Liderimizin ideyası daim qəlbimizdə yaşayacaq", - F.Qurbanov fikrini tamamlayıb