Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 16:41:00
9 aprel imtahanının nəticələri bu gün açıqlanacaq? - DİM-dən CAVAB

Məlum olduğu kimi, aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

İmtahan Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında təşkil olunub.

 

İmtahan nəticələrinin elan olunmasını səbirsizliklə gözləyən şagirdlər cavabların bu gün açıqlanıb-açıqlanmayacağı barədə kütləvi suallar ünvanlayır.

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, 9 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri bu gün açıqlanmayacaq.