Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 12:43:21
Sertifikatlaşdırmaya dair növbəti görüş keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair görüş təşkil olunub. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

  

Bildirilib ki, görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib. 

  

Görüş müddətində müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.