Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 15:35:00
Avropa müəllimlərə yüksək maaş verir, həm də pedaqoq axtarır

Dünyanın bir çox yerində müəllimlər olduqca yüksək əməkhaqqı alırlar. Elə Avropada da həmçinin... Amma Avropanın əksər ölkəsində özlərini lazımsız hesab edən müəllimlər də var və hətta aksiyalar, tətillər keçirirlər.

Avropanın bir sıra ölkələrində müəllim çatışmazlığı yaşanır.  

Məsələn, Polşada 20000, Macarıstanda isə 16000 müəllimə ehtiyac duyulur.
Fransa Təhsil Nazirliyi təxminən 27300 yeni müəllim vəzifəsindən 4000-nin vakant qaldığını bildirib.

Son hesablamalara görə, 2025-ci ilə kimi Almaniyada 25000 müəllim çatışmazlığı gözlənilir.

 

Bəs Avropada müəllimlərə nə qədər maaş verilir? Müəllimlərə ən çox və ən az maaş verən ölkələr hansılardır? Və son 10 ildə müəllimlərin maaşları nə qədər dəyişib?

 

AzEdu.az xəbər verir ki, Avropa ölkələrində müəllimlərin maaşında ciddi fərqlər var. Həmin statistikaları sizə təqdim edirik:

 

Albaniyadakı orta təhsil üzrə dövlət məktəblərində illik əmək haqqı 2020/2021-ci illərdə təxminən 4,233 avro, Lüksemburqda 69,076 avro təşkil edib.

 

Avropa İttifaqı (Aİ) ölkələrində müəllimlər üçün orta əmək haqqı 25055 avrodur.

 

Son 10 ildə müəllimlərin illik ümumi əmək haqqı Rumıniyada 2743 avroya, Lüksemburqda 63895 avroya qədər qalxıb.

 

2009/2010 və 2020/2021-ci illər arasında müəllimlərin illik ümumi başlanğıc maaşlarında dəyişiklik ən yüksək Litvada olub. Burada əmək haqqı 11 ildə 269 faiz artıb

 

2009/2010-cu illərdə Almaniyada müəllimlərin maaşı 42 faiz artıb.

 

Türkiyə son illərdə türk lirəsinin çökməsi səbəbindən müəllim maaşlarının on il ərzində 876 avro və ya 10 faiz azaldığı siyahıda yeganə ölkədir.