Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 10:43:00
Uşaqların 1-ci sinfə qəbulu belə aparılacaq - QAYDALAR

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start veriləcək.

 

Hazırda valideyinlərin çoxu 1-ci sinifə qəbul prosesi haqqında müxtəlif suallarla saytımıza müraciət edirlər.

 

AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən aldığı məlumata əsasən, uşaqların 1-ci sinfə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

 

 

“Elektron sistemdə qeydiyyat yalnız valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər. Və uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir”- deyə nazirlikdən bildirilib.

 

Qeydiyyat prosesi  aşağıdaki tarixlərə uyğun aparılacaq:

 

  • 11 may 2023-cü il saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı;

 

 

  • 15 may 2023-cü il saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat;

 

 

  • 15 may 2023-cü il saat 11:00-dan etibarən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;

 

  • 31 may 2023-ci il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;

 

  • 18 may tarixindən - 09 iyun tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;

 

 

  • 23 may tarixindən – 14 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması;

 

 

  • 20 iyun 2023-cü il saat 11:00-da dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) və rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə (siyahı əlavə edilmişdir) qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi;

 

  • 20 iyun 2023-cü il saat 11:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı (prioritetləri olmayan uşaqlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla);

 

  • 27 iyun 2023-cü il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir;

 

  • 27 iyun 2023-cü il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçimi üçün qeydiyyat bitir.

 

  • 30 iyun tarixindən 11 iyul tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;

 

  • 17 iyul tarixindən 14 sentyabr tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin başlaması;

 

  • 14 sentyabr 2023-cü il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.