Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 14:35:22
6 direktora töhmət verilib, 168-nə xəbərdarlıq edilib

2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdi. 

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib.

 

Əlavə olaraq qeyd edək ki, Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən də təhsil müəssisələrində aparılan yoxlamalar zamanı müəssisələrdə qida təhlükəsizliyi, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu yoxlanılır və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görülür.