Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 17:35:00
ADPU-da təlim iştirakçıları sertifikatlarla təltif edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə  Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanan müqavilə çərçivəsində xarici keyfiyyəti təminatına dair təşkil olunmuş təlimlərdə iştirak edən akademik və inzibati heyətin mükafatlandırma mərasimi keçirilib. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. 

 

ADPU-da mükafatlandırma mərasimində universitetin rektoru Cəfər Cəfərov, Təhsildə Keyfiyyət Təminatı Agentliyin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov və Təlim metodologiya şöbəsinin müdiri Asiman İlyasov iştirak edib. Mükafatlandırma mərasimində Agentliyin təlim xidmətləri barədə bu zamana qədər görülmüş işlərə dair məlumat verilib.

 

Sonra təlimdə iştirak edən akademik və inzibati heyət TKTA tərəfindən sertifikatlarla təltif edilib.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.