Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 13:10:09
8 yaşlı Jalənin köməyə ehtiyacı var

Uşaq serebral iflicindən əziyyət çəkən 8 yaşlı Jalə Məmmədlinin xayirxah insanların köməyinə ehtiyacı var. 

“Qızımın 8 yaşı olacaq, serebral iflic xəsstəliyindən əziyyət çəkir. Son zamanlarda vəziyyəti daha da ağırlaşıb, beyin krizisi keçirib. Bunun üçün həkimlər əməliyyat tövsiyyə ediblər. Əməliyyatla onurğaya aparat - Boklafen pompası qoyulmalıdır. Bu implantdır. Qızımın anadangəlmə bu xəstəliyi var, bilirubin sarılığından beyni zədələnib. Əməliyyatın 17 min manat qiyməti var...”, - uşağın anası Vəfa Əhmədova Yenisabah.az-a bildirib.

Vəfa xanım müqəddəs Ramazan ayında xeyirxah insanlara səslənib: “Uca Allah paylaşanları sevir. Sevinc paylaşıldıqca artır, kədər paylaşıldıqca azalır. Bu müqəddəs ayda Jaləmə dəstək olmaqla 8 yaşlı qızcığazın öz aayqları üstdə durmasına dəstək ola bilərsiniz. Əmin olun ki, Allah etdiyiniz yaxşılığın min qat əvəzini verəcək". 

Qeyd edək ki, Boklafen pompası əməliyyatı “EGE” hospitalda icra olunur. Əməliyyat üçün ailəyə 17.000 manat pul  lazımdır. 

Dəstək üçün: 4169738516777988 (Kapital)