Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 15:10:00
Regionlar üzrə ən çox bal toplayanlar - Gəncə-Daşkəsən bölgəsinin ABİTURİYENTLƏRİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


5 mart tarixli buraxılış imtahanının nəticələri artıq elan olunub. DİM-in məlumatına görə, Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Arif Nəriman oğlu Hacıyev 296.7 bal toplamaqla respublika üzrə ən yüksək nəticə göstərən abituriyent olub. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.



Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.


Bu yazıda isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əhatə etdiyi Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq. 



Qeyd edək ki, idarədən verilən məlumata görə, region üzrə imtahan verən abituriyentlərdən Samux, Daşkəsən rayonları və Gəncə şəhərinin bir qisminin nəticələri hələ açıqlanmayıb.

 

Gəncə-Daşkəsən Regional Tədris İdarəsindən saytımıza bildirilib ki, həmin regionda 5 mart tarixli buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 286 bal toplayıb. 

 

Bu, Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin XI sinif şagirdi Hüseynova Xədicə Səbuhi qızıdır.

 

Gəncə-Daşkəsən Regional Tədris İdarəsi üzrə 5 mart tarixli buraxılış imtahanından ən çox bal toplayaraq ilk "3-lük"ə daxil olan sonrakı şagirdlər bunlardır: 

 

Qəhrəmanova Nərgiz Məhəmməd qızı - Goranboy rayon 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi - 282 bal;  

 

Oruclu Sünbül Teymur qızı - Goranboy rayon T.Əliquluoğlu adına Borsunlu kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi - 280 bal.